Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Özbəkistan hökuməti azərbaycanlı iş adamlarını ölkəsindəki üç iqtisadi zona çərçivəsində əməkdaşlığa dəvət edir.
Bu barədə “APA-Economics”ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) bildirilib. Məlumata görə, Özbəkistan Azərbaycan şirkətlərini yeni yaradılmış və fəaliyyət göstərən "Navoi", "Anqren" və "Djizak" xüsusi iqtisadi zonaların imkanlarından istifadə etməklə əməkdaşlıq etməyə dəvət edir.
Qeyd edək ki, 500 hektardan çox sahəsi olan "Navoi" xüsusi iqtisadi zonası 2008-ci ildə yaradılıb. 2012-ci ildə ikinci zona Daşkənddə yerləşən "Anqren" açılıb. Djizak inzibati ərazisində yerləşən və ötən ilin martında üçüncü belə zona yaradılıb. Hər 3 iqtisadi zona müddəti uzadılmaqla 30 ilə hesablanıb, zonalarda güzəştli vergi, viza, valyuta və ticarət rejimləri qüvvədədir.
Maraqlı iş adamları ətraflı məlumat üçün Azpromo-ya müraciət edə bilər.
Özbəkistan azərbaycanlı iş adamlarını üç iqtisadi zona çərçivəsində əməkdaşlığa dəvət edir
28 may 2014 13:10 (UTC +04:00)
Sahibkarlıq
Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 % artıb
16:48
16 may 2024
“Azərsun Holdinq” sərgidə qida, qeyri-qida və kənd təsərrüfatı stendləri ilə təmsil olunur
15:51
16 may 2024
Doğma çay “Azerçay”ın dəstəyi ilə şəhidimizdən bəhs edən klip çəkilib - VİDEO
15:47
16 may 2024
Azərbaycanda istehlak bazarı 4% böyüyüb
13:48
16 may 2024