Suriyada ordu ilə üsyançılar arasında toqquşmalarda 50-dən çox adam ölüb

Suriyada ordu ilə üsyançılar arasında toqquşmalarda 50-dən çox adam ölüb
# 03 may 2013 02:41 (UTC +04:00)

Bakı-APA. Suriyada hökumət qüvvələrinin Beyda yaşayış məntəqəsinə hücumu nəticəsində aralarında uşaq və qadın olmaqla ən azı 50 nəfər həlak olub. APA-nın “Assoşietted Press”ə istinadən verdiyi xəbərə görə, Beyda şəhərində hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər ötən günün səhər saatlarından davam edir. Ordu birləşmələri şəhərə daxil olduqdan sonra yaşayış məntəqəsi ilə telefon və internet əlaqəsi qırılıb. Hüquq müdafiəçilərin məlumatına görə, qurbanların sayı 100 nəfərə yaxın ola bilər.

Xəbərdə qeyd olunur ki, Beyda şəhərindəki döyüşlərdə hökumət qüvvələrinin 6 hərbçisi ölüb, 20 nəfəri isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR