Peşə liseyləri üzrə buraxılış sinif şagirdləri haqqında məlumatlar “Şagird-məzun” sisteminə daxil edilib

Peşə liseyləri üzrə buraxılış sinif şagirdləri haqqında məlumatlar “Şagird-məzun” sisteminə daxil edilib
# 03 fevral 2014 09:24 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Dekabrın 1-dən yanvarın 31-dək peşə liseyləri əlaqələndiriciləri tərəfindən şagirdlərin fərdi və təhsilə aid məlumatlarının, o cümlədən buraxılış sinif şagirdlərinin əvvəlki tədris ilinin illik qiymətlərinin “Şagird-məzun” sisteminə əlavə edilərək təsdiqlənməsi mərhələsi başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, peşə liseyləri üzrə 4411 buraxılış sinif şagirdi haqqında məlumatlar “Şagird-məzun” sisteminə daxil edilərək təsdiq edilib. Bu da başa çatmış mərhələyə aid işlərin 100 faizini təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR