Şirvanşahlar sarayının qarşısında dava olub, bir nəfər bıçaqlanıb

Şirvanşahlar sarayının qarşısında dava olub, bir nəfər bıçaqlanıb
# 17 sentyabr 2013 09:02 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıdakı Şirvanşahlar sarayının qarşısında dava olub. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.

Baş verən davada, 53 yaşlı Fuad Sabir oğlu Mustafayev bıçaqlanıb. Yaralı ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Hazırda polis hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirləri davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR