Niderlandın Azərbaycana yeni təyin olunmuş səfiri etimadnaməsini Elmar Məmmədyarova təqdim edib - FOTO

Niderlandın Azərbaycana yeni təyin olunmuş səfiri etimadnaməsini Elmar Məmmədyarova təqdim edib  - <span style="color: red;">FOTO
# 27 avqust 2013 15:57 (UTC +04:00)

Görüşdə Azərbaycanla Niderland arasındakı əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub, əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu vurğulanıb. Nazir Elmar Məmmədyarov yeni təyin olunmuş səfirin bu münasibətlərin inkişafına töhfə verəcəyinə əminlik ifadə edib.

Etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edən Robert Qabrielsen, ölkəsinin Azərbaycanla ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib və diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsi istiqamətində səylər göstərəcəyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR