İstanbulda Xəzər Forumu işini davam etdirir - FOTO

İstanbulda Xəzər Forumu işini davam etdirir - <span style="color: red;">FOTO
# 05 dekabr 2013 10:05 (UTC +04:00)

APA-nın Türkiyə müxbiri xəbər verir ki, Forumda çıxış edən Xəzər Strateji İnstitutunun baş katibi Haldun Yavaş daha əvvəl İstanbulda və Nyu-Yorkda keçirdikləri iki toplantının nəticələri barədə məlumat verib. H.Yavaş forumun əsas məqsədinin bölgə ölkələri arasında müxtəlif sahələrdəki əlaqələrin daha inkişaf etdirilməsi üçün geniş fikir mübadiləsi aparmaq olduğunu deyib.

Daha sonra Türkiyə prezidenti Abdulla Gül və Azərbaycan prezidenti İlham Əliyevin forum iştirakçılarına təbrik məktubları oxunub. Prezident İ.Əliyevin məktubunu Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov oxuyub.

Forumda çıxış edən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız tədbirin təşkilinin son dərəcə müvəffəqiyyətlə keçdiyini, bunu Türkiyə və bölgəyə böyük töhfə verdiyini bildirib.

Nazir Azərbaycanın enerji ehtiyatlarını Türkiyə və Türkiyədən keçməklə dünyaya çatdırılması istiqamətində mühüm addımlar atdığını deyib, artıq işin sonuna yaxınlaşdıqlarını vurğulayıb: «Orta Şərq, Orta Asiya və Əfqanıstan bölgəsindəki layihələrin gələcəyi Xəzər bölgəsində həyata keçirilən layihələrin uğur əldə etməsinə bağlıdır. Avropanın enerji təchizatı istiqamətində həyata keçirilən müxtəlif layihələr ilk vaxtlarda rəqib kimi görünsə də, sonradan bu layihələrin eyni məqsədə xidmət etdiyi aydın görünəcək».

Türkiyənin Şərqində 65%-lik istehsal, Qərbində isə 65% istehlakdan söhbət getdiyini xatırladan T.Yıldız bu mərhələdə Azərbaycanla Türkiyə arasındakı əməkdaşlığın daha çox önəm qazandığını deyib. Türkiyənin gələn il 50-52 mlrd. kubmetr qaz idxal etməyi planlaşdırdığını deyən nazir yaxın gələcəkdə ölkənin bütün kəndlərinə təbii qaz verəcəklərini bildirib.

Dünya iqtisadiyyatının bundan sonrakı böyüməsinin Asiyaya bağlı olduğunu proqnozlaşdıran T.Yıldız, bu inkişaf istiqamətində Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyi düşündüklərini vurğulayıb. TANAP layihəsinin Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıqda müəyyənləşdirici rol oynadığını deyən nazir layihənin uğurla həyata keçirilməsi üçün lazım olan bütün addımların atılacağını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR