Topaz Premyer Liqasında XXXV turun rəmzi komandası müəyyənləşib

 Topaz Premyer Liqasında XXXV turun rəmzi komandası müəyyənləşib
# 15 may 2014 14:49 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasında XXXV turun rəmzi komandası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “InStat Football” şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik göstəricilərə əsasən, “Qəbələ”nin qapıçısı Kamran Ağayev turun ən yaxşı oyunçusu olub.

Rəmzi yığmada isə “Neftçi” say üstünlüyü qazanıb. Autsayder “Rəvan” üzərində əzmkar qələbə (2:1) 4 futbolçunun “11-liy”ə düşməsinə səbəb olub.

Qapıçı – Kamran Ağayev (Qəbələ)

Müdafiəçilər – Bruno Bertuççi (Neftçi), Laşa Salukvadze (İnter), Karlos Kardoso (Neftçi), Məhəmməd Mirzəbəyov (Sumqayıt)

Yarımmüdafiəçilər – Flavinyo (Neftçi), Draqan Çeran (Simurq), Rəşad Sadiqov (Neftçi), Mirzağa Hüseynpur (Sumqayıt)

Hücumçular – Mikel Alvaro (İnter), Pərdis Fərcad-Azad (Sumqayıt)

Mənbə: pfl.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR