Ötən il Azərbaycanda 1300-dək sahibkar metroloji norma və qaydaların tələblərini pozub

Ötən il Azərbaycanda 1300-dək sahibkar metroloji norma və qaydaların tələblərini pozub
# 23 yanvar 2014 10:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il Azərbaycanda sahibkarlıq subyektlərində aparılmış yoxlamalar zamanı 1 279 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün müddət müəyyən etməklə müəssisələrə 1 279 iradnamə və məhsul partiyası satışının qadağan edilməsi barədə 689 tələbnamə verilib, 308 sahibkarlıq subyektində məhsulların istehsalı və satışı qadağan edilib.

İstehsalın və satışın qadağan olunması barədə tələbnamələrdən 24-ü unlu-qənnadı məmulatları, 30-u çörək məmulatları, 22-si dönər istehsalı, 12-si süd məhsulları, 10-u alkoqolsuz içkilər, 11-i mebel istehsalı, 199-u isə digər məhsul növləri istehsal edən təsərrüfat subyektlərinə verilib.

Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən dövlət nəzarəti aparılan təsərrüfat subyektlərində 32 631 ədəd ölçmə vasitəsinin müqayisəli dövlət yoxlanışından keçmədiyi, 932 adda məhsulun uyğunluq sertifikatı olmadan istehsal olunduğu aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR