Göyçay sakini həmkəndlilərinə məxsus qoyunları oğurladığı üçün tutulub

Göyçay sakini həmkəndlilərinə məxsus qoyunları oğurladığı üçün tutulub
# 16 may 2013 21:34 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunda qoyun oğurluğu ilə məşğul olan şəxs tutulub. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə Kürdşaban kənd sakinləri Rövşən Hüseynov və Xeyrulla Məmmədov polis şöbəsinə ərizə ilə müraciət edərək bildiriblər ki, kənd qəbristanlığının yanındakı otlaq sahəsindən onlara məxsus 3 baş qoyun naməlum şəxs tərəfindən oğurlanıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Kürdşaban kənd sakini 1989-cu il təvəllüdlü Sakin Cəfərov tutularaq polis şöbəsinin istintaq bölməsinə təhvil verilib. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR