Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb - VİDEO

Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb - VİDEO
# 20 may 2024 13:26 (UTC +04:00)

Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, artilleriya bölmələri ilə keçirilən döyüş atışlı taktiki təlim başa çatıb.

APA MN-ə istinadən xəbər verir ki, təlimin planına əsasən, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, qurğuların döyüş tətbiqinə hazırlanması, şərti düşmən hədəflərinin aşkar olunaraq dəqiq atəşlə məhv edilməsi, eləcə də qarşıya qoyulan digər tapşırıqları müvəffəqiyyətlə icra ediblər.
Əsas diqqətin hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına, komandir heyətinin artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsinə, eləcə də döyüş əməliyyatları zamanı digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təşkilinə yönəldildiyi təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR