Ukraynada Slavyansk şəhərinin mərkəzi artilleriya atəşinə tutulub

Ukraynada Slavyansk şəhərinin mərkəzi artilleriya atəşinə tutulub
# 21 may 2014 22:17 (UTC +04:00)

Bakı – APA. Slavyansk şəhərinin mərkəzi Ukrayna hərbçiləri tərəfindən artilleriya atəşinə tutulub.

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, tələfat və dağıntılar barədə məlumat yoxdur.

Mayın 21-də antiterror əməliyyatını təftiş etmək məqsədi ilə Slavyanska gələn Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin müvəqqəti icraçısı Aleksandr Turçinov güc strukturları qarşısında regionu tam şəkildə terrorçulardan təmizləmək vəzifəsini qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR