“Gürcüstan Vilnüs sammiti ərəfəsində: Avropaya inteqrasiya prosesində parlamentin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO

“Gürcüstan Vilnüs sammiti ərəfəsində: Avropaya inteqrasiya prosesində parlamentin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib - <span style="color: red;">FOTO
# 07 oktyabr 2013 14:24 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə Gürcüstanın Avropa Birliyinə (AB) inteqrasiya istiqamətində tərəqqisini müzakirə etmək məqsədilə beynəlxalq parlament konfransı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, konfransda Gürcüstan parlamentinin, Baltik ölkələri və Mərkəzi Avropa parlamentlərinin nümayəndələri və rəhbərləri, Gürcüstan hökumətinin üzvləri, beynəlxalq təşkilatların, diplomatik missiyaların nümayəndələri, vətəndaş cəmiyyətinin fəalları iştirak edib.

Konfransı Gürcüstan parlamentinin sədri David Usupaşvili açıb.

Tədbirdə Litva Seyminin sədri Loreta Qraujinene, BMT-nin İnkişaf Proqramının Gürcüstandakı nümayəndəsi Hils Skott, Avropa Birliyinin Gürcüstandakı nümayəndəliyinin rəhbəri Filip Dimitrov, Niderland Krallığının Gürcüstandakı səfiri Hans Horbax giriş sözü ilə çıxış ediblər.

Konfrans iki sessiyada davam edib. Birinci sessiyada Gürcüstanın Avropa və Avrointeqrasiya məsələləri üzrə dövlət naziri Aleksey Petriaşvili, xarici işlər nazirinin müavini Tamara Beruçaşvili, Gürcüstan parlamentinin Xarici əlaqələr üzrə komitəsinin sədri Tedo Caparidze, parlamentin deputatı David Darçiaşvili çıxış edərək “Gürcüstanın Avropaya inteqrasiya yolunda götürdüyü öhdəliklər” barədə fikirlərini söyləyiblər. Çıxışlarda Gürcüstanın Avropa Birliyi və NATO perspektivləri, Gürcüstan-Avropa Birliyi münasibətlərinin Vilnüs sammitindən sonrakı mərhələsi və digər mövzularda fikir və təkliflər səslənib. Tədbir diskussiya şəraitində davam edib və çıxışçılar suallara cavab veriblər.

İkinci sessiyada “Avropa Birliyi ölkələrinin təcrübə mübadiləsi: Avropaya inteqrasiya prosesində parlamentin rolu” mövzusunda Gürcüstan, Latviya, Litva və Polşanın parlament komitələrinin sədrləri məruzələrlə çıxış ediblər. Çıxışlardan sonra diskussiya keçirilib və beynəlxalq təşkilatların nümayəndələrinin sualları cavablandırılıb.

Konfrans BMT-nin İnkişaf Proqramının (UNDR) dəstəyi ilə Gürcüstan parlamenti tərəfindən təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR