ABŞ-ın İrandakı son səfiri 90 yaşında vəfat edib

ABŞ-ın İrandakı son səfiri 90 yaşında vəfat edib
# 24 oktyabr 2013 15:27 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ-ın İranda sonuncu səfiri olmuş Uilyam Sullivan vəfat edib. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bu barədə oktyabrın 23-də onun qızı jurnalistlərə açıqlama verib. V. Sullivan 13 gün əvvəl Vaşinqtondakı bir qocalar evində 90 yaşında dünyasını dəyişib. Onun “Tehrandakı missiyam” adlı son kitabı fars dilinə tərcümə edilib.

Qeyd edək ki, V. Sullivan 1977-ci ildə İran şahı Məhəmmədrza Pəhləviyə qarşı etirazlar başlayan zaman ABŞ prezidenti Cimmi Karter tərəfindən bu ölkəyə səfir təyin edilib. Ancaq M. Pəhləvi 1978-ci ilin qışında ona İrana tərk etməyi məsləhət görüb. İran şahının iki həftə sonra ölkədən qaçmasından sonra İran islam inqilabının banisi, ayətullah Xomeyni 1979-cu il yanvarın 31-də Tehrana qayıdıb və on gün sonra çevriliş baş verib.

Bundan bir neçə gün sonra ölkə polisi ABŞ-ın İrandakı səfirliyinə hücum edib. V. Sullivan mühafizəçilərə diplomatik korpusun yandırılmasının qarşısının alınması üçün gözyaşardıcı qazdan istifadə etmək barədə göstəriş verib. Ancaq bu hadisədən sonra ABŞ səfiri İranı tərk edib və 1979-cu ildə təqaüdə göndərilib. 1979-cu il noyabrın 4-də isə ABŞ-ın İrandakı səfirliyi təkrar hücum nəticəsində tutulub və diplomatik korpusun əməkdaşları girov götürülüb. Bununla da İranla ABŞ arasında diplomatik əlaqələr tamamilə kəsilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR