Ermənistan iqtisadiyyatına qoyulan investisiyalar 62% azalıb

Ermənistan iqtisadiyyatına qoyulan investisiyalar 62% azalıb
# 02 dekabr 2013 12:19 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA-Economics. Ermənistan iqtisadiyyatına investisiyaların həcmi azalmaqda davam edir.

APA-Economics”in “Jovoxurd” qəzetinə istinadən xəbərinə görə, bu ilin yanvar-sentyabr aylarında Ermənistan iqtisadiyyatının real sektoruna investisiyaların həcmi 62,1% azalaraq 155,1 mln. dollar təşkil edib.

Ermənistanın strateji tərəfdaşı olan Rusiya investisiyalarını 20,7%, ABŞ 37,2%, Fransa 81,6% azaldıb. İnvestisiyaları ən çox artıran ölkə isə offşor zona sayılan Vircin adaları olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR