Gəncədə 31 yaşlı qadın intihara cəhd edib

Gəncədə 31 yaşlı qadın intihara cəhd edib
# 07 oktyabr 2013 11:24 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhər sakini intihara cəhd edib. APA-nın qərb bürosunun məlumatına görə, şəhər sakini, 1982-ci il təvəllüdlü Aynurə Novruzəliyeva ağır dərman zəhərlənməsi diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Tibbi müdaxilə nəticəsində 31 yaşlı qadının həyatını xilas etmək mümkün olsa da, onun vəziyyəti orta-ağır qiymətləndirilir. Kəpəz rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, A. Novruzəliyev ailəsində yaranan problem nəticəsində təxminən 15 ədəd dərman həbi qəbul edərək intihar etmək istəyib. Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR