"Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma - Bakı konfransı" keçiriləcək

"Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma - Bakı konfransı" keçiriləcək
# 01 iyul 2014 16:01 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. İyulun 4-də Azərbaycanın Avropa Şurasına sədrliyi çərçivəsində "Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma - Bakı konfransı" keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, konfrans Avropa Şurasının II Baş Direktorluğunun Mədəniyyət və Demokratiya bölməsinin dəstəyi ilə təşkil olunacaq.

Tədbirdə Avropa Mədəniyyət Konvensiyasının iştirakçı dövlətlərinin hökumət nümayəndələri, mədəni institutları və peşəkar birliklərinin nümayəndələri, tədqiqatçıları və vətəndaş cəmiyyətinin üzvlərindən ibarət 100-dən çox iştirakçının olacağı gözlənilir.

Konfransda Avropa Şurasının Demokratik İdarəçilik və Mədəni Müxtəliflik üzrə Direktoru Klaudia Luçianinin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edəcək.

Tədbir çərçivəsində iştirakçılar üçün xüsusi mədəni proqram hazırlanır. Bu proqram çərçivəsində qonaqların Bakı şəhərində və onun ətrafında yerləşən mədəni abidələrə ziyarəti və axşam konserti təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR