“Amrahbank” regional şəbəkəni genişləndirir

“Amrahbank” regional şəbəkəni genişləndirir
# 17 sentyabr 2013 07:57 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan regionlarında yerləşən filial şəbəkələrinin inkişafına xüsusi əhəmiyyət verən “Amrahbank”ı Lənkəran şəhəri, Həzi Aslanov prospekti 1 ünvanında yerləşən Lənkəran filialının aparılan rekonstruksiyadan sonra fəaliyyətini genişləndirib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Lənkəran filialı həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətlərini, o cümlədən kreditlərin verilməsi, cari və əmanət hesablarının açılması, sürətli pul köçürmələri, “Visa”, “Mastercard” tipli beynəlxalq plastik kartlarla əməliyyatlar, valyuta mübadiləsi, hesablaşma-kassa əməliyyatları və s. xidmətləri təklif edir.

Hazırda “Amrahbank”ın 20 filialı və 2 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı, respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir. “Amrahbank” 1993-cü ildən fəaliyyət göstərir. Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR