Azərbaycana soyuq silah hesab edilən əşyaların gətirilməsinin qarşısı alınıb

Azərbaycana soyuq silah hesab edilən əşyaların gətirilməsinin qarşısı alınıb
# 01 oktyabr 2013 10:04 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan gömrükçüləri ölkəyə soyuq silah hesab edilən əşyaların gətirilməsinin qarşısını alıblar. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Antalya-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Pərviz Əhədova məxsus çantaya gömrük baxışı zamanı həmin çantadan gömrük nəzarətinə təqdim edilməyən 1 ədəd metaldan hazırlanmış dəyənək, eyni reyslə gələn Azərbaycan vətəndaşı Orxan Əhədova məxsus çamadana gömrük baxışı zamanı oradan gömrük nəzarətinə təqdim edilməyən 1 ədəd metaldan hazırlanmış dəyənək və 2 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkarlanıb.

İlkin araşdırma zamanı P.Əhədov və O.Əhədov izahatında həmin dəyənək və “beşbarmaq”ları Antalya şəhərindən suvenir qismində aldıqlarını bildiriblər.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, kustar üsulla hazırlanmış həmin əşyalar da əzici-vurucu xassəyə malik soyuq silah və təyinatı üzrə istifadəyə yararlı hesab edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR