Qaxda narkotik tərkibli bitki becərməklə məşğul olan Balakən sakini tutulub

Qaxda narkotik tərkibli bitki becərməklə məşğul olan Balakən sakini tutulub
# 26 avqust 2013 07:06 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Qax rayonunda narkotik tərkibli bitkilər becərməklə məşğul olan Balakən rayon sakini tutulub.

Qax Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Qax RPŞ əməkdaşlarının rayon ərazisində narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində növbəti axtarış-əməliyyat tədbirləri çərçivəsində Qax rayonu Zəyəm kəndi ərazisinə baxış keçirilib.

Baxış zamanı kəndin ərazisində qarğıdalı sahəsinə bitişik, xüsusi kultivasiya üsulu ilə əkilib aqrotexniki qaydada qulluq edilən, ümumi çəkisi 2 kq 375 qram olan 11 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolu aşkar olunub.

Araşdırma zamanı məlum olub ki, Balakən rayonu Hənifə kənd sakini, 1967-ci il təvəllüdlü Abdullayev İlqar Abdulla oğlu Zəyəm kəndində boş sahəni qarğıdalı əkmək üçün icarəyə götürüb.

O, ərazidə qarğıdalı ilə bərabər, narkotik bitki hesab olunan çətənə kolunun becərilməsi ilə də məşğul olub.

İ. Abdullayev saxlanılaraq RPŞ-ya gətirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR