Azərbaycanın bir neçə rayonunda qaz təchizatı məhdudlaşdırılacaq

Azərbaycanın bir neçə rayonunda qaz təchizatı məhdudlaşdırılacaq
# 06 may 2014 07:56 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanın bir neçə rayonunda təbii qazın təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar bu gün saat 18:00-dək İsmayıllı və Şəmkir rayonlarının bir hissəsinə, saat 13:00-dan 15:00-dək Samux rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Göygöl rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR