Əlimərdan bəy Topçubaşovun həyat və yaradıcılığı haqqında film çəkilir

Əlimərdan bəy Topçubaşovun həyat və yaradıcılığı haqqında film çəkilir
# 16 sentyabr 2013 10:29 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Görkəmli siyasi xadim, diplomat Əlimərdan bəy Topçubaşovun həyat və yaradıcılığı haqqında film çəkilir.

Filmin rejissoru Tahir Əliyevin APA-ya verdiyi məlumata görə, ekran əsərinin çəkilişləri Moskva, İstanbul, Bakı, Sankt-Peterburq şəhərlərində aparılıb. Tahir Əliyev bildirib ki, Əlimərdan bəy Topçubaşovun siyasi və diplomatik fəaliyyətinin coğrafiyası geniş olduğu üçün çəkiliş zamanı bir sıra çətinliklərlə qarşılaşıblar: “Əlimərdan bəyin xidmətləri, gördüyü böyük işlər o qədər çoxdur ki, bunları bir filmə sığışdırmaq az qala mümkün deyil. Amma hər halda biz çalışdıq ki, onun imza atdığı bütün işləri filmdə əhatə edək. Arxiv materialları bizim işimizi ləngitdi. Film üzərində işi sentyabrda yekunlaşdırmağı düşünsək də, mümkün olmadı”.

Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunan ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasında lentə alınır. Qısametrajlı sənədli filmin ssenari müəllifləri İntiqam Qasımzadə və Tahir Əliyev, operatoru Elşən Həsənoğlu, məsləhətçisi Ramiz Abutalıbovdur. Film dekabrda nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR