TANAP konsorsiumu tender elan edib

TANAP konsorsiumu tender elan edib
# 17 yanvar 2014 11:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu –APA-Economics. Azərbaycanda hasil olunan təbii qazı Türkiyəyə nəql edəcək Trans-Anadolu qaz kəməri (TANAP) konsorsiumu tender elan edib.

«APA-Economics»in TANAP-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, tenderdə bir sıra kompressor və ölçmə stansiyalarının layihələndirilməsi, satın alınması və inşası nəzərdə tutulub.

Məlumata görə, tender iki kompressor stansiyası, ümumilikdə dörd ədəd ölçü stansiyası, iki reduktor və ölçü stansiyasının layihələndirilməsi, satın alınması və inşasını nəzərdə tutur.

Tenderdə ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq idarəetmə və keyfiyyət standartlarına uyğun şirkətlər iştirak edə bilər. Bu şirkətlər Beynəlxalq Maliyyə Korporasiyası, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, yaxud AB, ABŞ/BMT, Azərbaycan və Türkiyə tərəfdən hansısa sanksiyalara malik olmamalıdır.

Tenderdə neft, qaz və kimya sahəsində böyük təcrübəsi olan şirkətlər iştirak edə bilər. Tender bu gündən başlayaraq fevralın 28-dək davam edəcək. Tenderlə bağlı təkliflər bu müddət ərzində təqdim edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR