«Bulla-dəniz» yatağında qurğuların 50%-i demontaj olunub

«Bulla-dəniz» yatağında qurğuların 50%-i demontaj olunub
# 02 sentyabr 2013 07:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Xəzər dənizindəki «Bulla-dəniz» yatağında qəza baş vermiş quyuda görülmüş təmizləmə işləri nəticəsində quyudakı qazma avadanlığının ümumilikdə 50%-ə qədəri demontaj olunaraq, özüldən gəmilərə yüklənib və sahilə çıxarılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, «Bulla-dəniz» yatağındakı 90 saylı quyuda qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması məqsədi ilə aparılan işlər avqustun 31-də də davam etdirilib.

Görülmüş təmizləmə işləri nəticəsində quyudakı qazma avadanlığının ümumilikdə 50%-ə qədəri demontaj olunaraq, özüldən gəmilərlə sahilə çıxarılıb. Qəzanın aradan qaldırılması istiqamətində ARDNŞ və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən görülən tədbirlər nəzərdə tutulmuş iş planına uyğun olaraq davam etdirilir.

Xatırladaq ki, avqustun 17-də gecə saat 23:00 radələrində 5 868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub. Kəsilişə görə bu dərinlik məhsuldar qatın VIII horizontunun ortasına uyğun gəlir. Qaz təzahürünün qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülüb. Buna baxmayaraq, gecə 23:30-da quyu açıq qaz fontanına keçib və yanğın baş verib. Görülən təcili tədbirlər nəticəsində platformada olan işçilər evakuasiya olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR