Bakı-Ceyhan kəməri ilə neftin nəqli azalıb

Bakı-Ceyhan kəməri ilə neftin nəqli azalıb
# 09 sentyabr 2013 14:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin avqust ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 480 050 ton Azərbaycan nefti nəql olunub.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu, 2012-ci ilin avqust ayı ilə müqayisədə 4,5% çoxdur.

Bu ilin yanvar-avqust aylarında isə kəmərlə 20 220 005 ton neft ötürülüb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,15% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il sentyabr ayının 1-ə qədər BTC-yə 225,671 mln. ton neft vurulub.

Bundan başqa, bu ilin avqust ayında BTC kəməri ilə 201,4 min ton Türkmənistan nefti nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR