Qusar rayonunda 3 yaşayış məntəqəsi təbii qazla təmin olunub

Qusar rayonunda 3 yaşayış məntəqəsi təbii qazla təmin olunub
# 21 iyun 2014 13:13 (UTC +04:00)

Qusar. Vəli Turan - APA. Qusar rayonunun Samur qəsəbəsi, Yeni Tahircal kəndi və İmamqulukənd kəndində yeni salınan yaşayış massivi təbii qazla təmin olunub.

APA-nın məlumatına görə, bu münasibətlə Samur qəsəbəsində keçirilən mərasimdə ARDNŞ prezidenti Rövnəq Abdullayev, Milli Məclisin deputatı Azər Badamov, rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar və kənd sakinləri iştirak ediblər.

Respublikanın yaşayış məntəqələrinin təbii qazla təmin olunması prosesinin sürətlə davam etdirildiyini deyən R.Abdullayev bildirib ki, artıq ölkədə yaşayış məntəqələrinin 90 faizi qazlaşdırılıb. O qeyd edib ki, bu rəqəmin tezliklə 100 faizə çatdırılması nəzərdə tutulub.

Rayon icra hakimiyyətinin başçısı Şair Alxasov isə bildirib ki, “mavi yanacaqla” təmin olunan 3 yaşayış məntəqəsində ümumilikdə 857 abonent var. Burada qazlaşdırılma işlərini həyata keçirmək üçün 86,6 km uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilib.

Hazırda rayonun Kufoba kəndində paylayıcı küçə qaz xətlərinin çəkilməsi işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR