Dövlət Kino-Foto Sənədləri Arxivinə “AzərTac”dan videosənədlər daxil olub

Dövlət Kino-Foto Sənədləri Arxivinə “AzərTac”dan videosənədlər daxil olub
# 30 iyun 2014 16:26 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinə daimi saxlanılmaq məqsədilə “AzərTac” İA tərəfindən 10 saxlama vahidi videosənədlər daxil olub. Arxivdən APA-ya verilən məlumata görə, videosənədlər ADA Universitetinin təhsil və elm mühitini, informasiya sahəsində dövlətlərarası əməkdaşlığı, diplomatik nümayəndəliklərin fəaliyyətini, milli və Avropa memarlığının əlaqələrini, muzeyləri, geyim və mətbəx mədəniyyətini əks etdirir.

Hazırda videosənədlərin arxivin fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənədin qısa və müfəssəl məzmunu hazırlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR