“El” Hərəkatının Milli Şurada təmsil olunan üzvləri qurumdan istefa verə bilər - SORĞU

“El” Hərəkatının Milli Şurada təmsil olunan üzvləri qurumdan istefa verə bilər - <span style="color: red;">SORĞU
# 15 yanvar 2014 10:43 (UTC +04:00)

Hərəkatın Ali Məclisinin sədri Eldəniz Quliyev APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın saxlanılmasında maraqlı olsa da, qurumda müəyyən dəyişikliklər olmasa, istefa verə bilər: “Mən bütün açıqlamalarımda bildirmişəm ki, Milli Şuranın güclənməsinin, mübarizə fəlsəfəsinin dəstəklənməsinin tərəfdarıyam. İstefa barədə hələ düşünmürəm. Lakin Milli Şuranın fəaliyyət proqramı olmasa, irəli sürülən mütərəqqi təkliflərə əhəmiyyət verilməsə, əlbəttə ki, hər kəs orda qalıb-qalmamaq haqqında düşünəcək”.

“El” Hərəkatının sədr müavini Köçəri Nağıbəyli isə APA-ya açıqlamasında Milli Şurada qalıb-qalmamaqla bağlı yaxın günlərdə qərar verəcəyini bildirib: “Milli Şura təşkilatların deyil, fərdlərin birliyidir. Ona görə də kim istəyirsə, qurumda qalır, istəməyən də gedir. Bu, hər kəsin müstəsna hüququdur. Mənim bu barədə hələ ki son qərarım yoxdur. Ola bilsin ki, qurumun sessiyasında qərarımı açıqlayım”.

Hərəkatın İdarə Heyətinin üzvü Rövşən Əhmədli APA-ya deyib ki, əslində Milli Şura yaranmayıb. Onun fikrincə, Milli Şura ənənəvi müxalifətin əvvəlki formatlarından fərqli olmayan bir quruma çevrilib: “Milli Şura İctimai Palata kimi bir əməkdaşlıq blokuna çevrilib. Amma Mili Şura bu prinsiplər əsasında yox, hüquqi dövlət quruculuğuna keçidin formalaşdırılması üçün yaradılmışdı. Amma göründüyü kimi, bunun əvəzinə əvvəlki qaydada olan qurum yaradıldı. Milli Şura iddialı partiyaların çəkişmə yeri olmalı deyildi. Bu gün Milli Şuranı yenidən formalaşdırmaq əsas şərtlərdən biridir. İstefa vermək isə hər zaman mümkündür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR