İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb

İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb
# 04 oktyabr 2013 08:42 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb. APA-nın məlumatına görə, Təbriz Azad Universitetinin Sosiologiya fakültəsinin tələbəsi Əmir Çəməni oktyabrın 3-də həbs cəzasını çəkib qurtardıqdan sonra Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıb.

Qeyd edək ki, Ə.Çəməni 2012-ci il iyulun 5-də Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsinin hakimi Rəhim Həmlbər tərəfindən İranın ali dini liderini təhqir etməkdə (6 ay), hakimiyyətə qarşı təbliğat aparmaqda (3 ay 1 gün) günahlandırılaraq 9 ay 1 gün azadlıqdan məhrum edilib. Eyni zamanda azərbaycanlı tələbə İran prezidentini təhqir etməkdə ittiham olunaraq 40 şallaq cəzasına məhkum edilib. Ə.Çəməni 2013-cü il yanvarın 13-də həbs edilərək 9 aylıq həbs cəzasını çəkmək üçün Təbriz şəhərinin mərkəzi həbsxanasına salınıb. Təbriz Cəza Məhkəməsinin 104-cü şöbəsi isə azərbaycanlı fəalı İran prezidentini təhqir etməkdə günahlandıraraq 40 zərbə şallaq cəzasına məhkum edib. Qərar bu il iyunun 5-də İranda prezident seçkiləri ərəfəsində icra edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR