Azərbaycanlı futbolçu “Dənizlispor” klubundan uzaqlaşdırılıb

Azərbaycanlı futbolçu “Dənizlispor” klubundan uzaqlaşdırılıb
# 27 noyabr 2013 12:40 (UTC +04:00)

Bakı – APA. Türkiyənin “Dənizlispor” klubu Azərbaycan millisinin sabiq üzvü Arif İsayevlə yollarını ayırıb. Apasport.az saytı xəbər verir ki, bu barədə klub prezidenti Mehmet Özsoy məlumat verib.

Dənizli təmsilçisinin başqanı yerli mətbuata açıqlamasında Arif İsayevlə yanaşı, makedoniyalı Bayram Fetaini göndərdiklərini bildirib.

Daha öncə komandanın baş məşqçisi Yusuf Şimşək İsayev və Fetainin səviyyəsinin onları qane etmədiyini, onların qovulacağını bildirmişdi.

Qeyd edək ki, Arif İsayev ötən mövsüm qış fasiləsində “Dənizlispor”a transfer olunmuşdu. Hazırda Türkiyə təmsilçisinin heyətində daha bir həmyerlimiz – Saşa Yunisoğlu yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR