Xocasən-Lökbatan yolunun yenidən qurulması davam etdirilir - FOTO

Xocasən-Lökbatan yolunun yenidən qurulması davam etdirilir - <span style="color: red;">FOTO
# 03 dekabr 2013 09:11 (UTC +04:00)

Bakı – APA-Economics. Xocasən-Lökbatan yolunun yenidən qurulması davam etdirilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən “APA-Economics”ə verilən məlumata görə, başlanğıcını Bakı-Şamaxı yolunun Xocasən-Lökbatan yoluna birləşən hissəsindən götürməklə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-cü km-ə qədər uzanan yolun uzunluğu 17,9 km-dir.

4 hərəkət zolağından ibarət olacaq yolda 1 ədəd yolötürücüsü, 4 ədəd bir səviyyəli dairəvi birləşmə, 1 ədəd bir səviyyəli geri dönmə, 1 ədəd piyada keçidi, müxtəlif diametrli dairəvi və düzbucaqlı boruların tikintisi nəzərdə tutulur. Artıq yolun 10,9 km-lik hissəsində işlər başa çatdırılıb.

Hazırda 7 km hissədə işlər davam etdirilir. Belə ki, Xocəsən istiqamətində 4 km məsafədə asfalt işləri başa çatdırılıb, 3 km hissədə isə torpaq yatağının tikintisi yekunlaşıb. Layihə üzrə tikinti işlərinin 2014-cü ildə başa çatdırılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR