Azərbaycan kubokunda ilk oyunların vaxtı dəqiqləşib

Azərbaycan kubokunda ilk oyunların vaxtı dəqiqləşib
# 21 oktyabr 2013 11:49 (UTC +04:00)

Bakı – APA. Azərbaycan kuboku uğrunda yarışların 1/16 final mərhələsinin oyunlarını başlama saatları açıqlanıb. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, qalibin tək oyunla müəyyən olunacağı bu mərhələnin matçları oktyabrın 23 və 30-da keçiriləcək.


Bu mərhələnin oyunlarından yalnız Naxçıvanda baş tutacaq qarşılaşma əvvəl nəzərdə tutulduğu kimi oktyabrın 23-də keçirilməyəcək. Buna səbəb Naxçıvan şəhər stadionunda həmin gün keçirilməli olan Superkubok matçıdır.

Ölkə kubokunda yeni mövsümə MOİK-lə “Qaradağ Lökbatan” arasında reallaşacaq görüşlə start veriləcək.

Azərbaycan kuboku, 1/16 final

23 oktyabr (çərşənbə)


13:00 MOİK – “Qaradağ Lökbatan”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

15:00 “Şuşa” – “Şahdağ”
“Şəfa” stadionu, 4-cü meydança

15:00 “Mil-Muğan” – “Lokomotiv”
Heydər Əliyev adına İmişli şəhər stadionu

30 oktyabr (çərşənbə)

14:00 “Araz Naxçıvan” – “Ağsu”
İ.Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR