Erməni silahlı bölmələri Azərbaycanın mövqelərini atəşə tutub

Erməni silahlı bölmələri Azərbaycanın mövqelərini atəşə tutub
# 13 sentyabr 2013 06:41 (UTC +04:00)

Bakı-APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağdam rayonunun Qaraqaşlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çaylı, Füzuli rayonunun Aşağı Veysəlli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR