İran parlamentinin komitə sədri: “UNESCO Nizami Gəncəvinin məzarındakı fars dilində olan yazıların silinməsi təşəbbüsünü qınamalıdır”

İran parlamentinin komitə sədri: “UNESCO Nizami Gəncəvinin məzarındakı fars dilində olan yazıların silinməsi təşəbbüsünü qınamalıdır”
# 09 sentyabr 2013 13:04 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. “UNESCO Nizami Gəncəvinin məzarı üzərindəki fars dilində olan yazıların silinməsi təşəbbüsünü qınamalıdır”. APA-nın xəbərinə görə, bunu İran parlamentinin Hüquq komitəsinin sədri Məhəmməd Əli İsfahani bildirib.

Onun sözlərinə görə, Nizami Gəncəvi yaradıcılığı İran mədəniyyətinə məxsusdur və fars dilinin əsas mənbəyi sayılır: “Fikrimcə, Nizami Gəncəvi ümumdünya irsinin bir hissəsidir. Ona görə də UNESCO prosesin qarşısını almaq üçün addımlar atmalı, vurulan zərərin ödənilməsini tələb etməli və beynəlxalq təşkilatlarda Azərbaycanın bur hərəkətini qınamalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR