Tarix İnstitutu AMEA-nın müxbir üzvlüyünə namizədlərini müəyyənləşdirib - FOTO

Tarix İnstitutu AMEA-nın müxbir üzvlüyünə namizədlərini müəyyənləşdirib - <span style="color: red;">FOTO
# 16 aprel 2014 10:29 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunda AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərlə bağlı Elmi Şura keçirilib.

İnstitutdan APA-ya verilən məlumata görə, Şura üzvləri AMEA Rəyasət Heyətinin 12 mart 2014-cü il tarixli 9/23 nömrəli qərarı ilə təsdiq edilmiş AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər haqqında elanla tanış ediliblər.

Şurada çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Azərbaycan tarixinin müstəqillik dövrünün tələbləri ruhunda yazılmasında Tarix İnstitutunun böyük rol oynadığını, bununla belə, tarix sahəsinə AMEA-nın həqiqi üzvü yeri ayrılmadığını, müxbir üzvləri üçün isə 2 yerin nəzərdə tutulduğunu qeyd edib.

Daha sonra Şurada Tarix İnstitutunda AMEA-nın müxbir üzvlüyünə namizədlər gizli səsverməyə çıxarılıblar. Gizli səsvermə nəticəsində AMEA-nın müxbir üzvlüyünə seçkilərdə iştirak etmək üçün tarix üzrə elmlər doktorları, professorlar Ə.Q.Qasımov, Ş.F.Fərzəliyev, T.M.Məmmədov, K.K.Şükürov və N.Ç.Axundovanın namizədliyi irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR