Respublika Narkoloji Dispanseri: Azərbaycanda narkotik istifadəçilərinin ümumi sayı 27 000 nəfərdən çoxdur

Respublika Narkoloji Dispanseri: Azərbaycanda narkotik istifadəçilərinin ümumi sayı 27 000 nəfərdən çoxdur
# 24 iyun 2014 15:31 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Respublika Narkoloji Dispanserin şöbə müdiri, həkim-narkoloq Afət Məmmədova Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə “26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib. Onun sözlərinə görə, narkotik istifadəçilərinin 585-i inyeksion narkotik istifadəçisi olan qadındır. Şöbə müdiri qeyd edib ki, ümumi yaş qrupu 18-45 olan narkotikdən istifadə edənlərin 97%-ni kişilər, 3%-ni isə qadınlar təşkil edir.

Tədbirdə problemin ictimai təhlükəliliyindən, narkomaniyanın insan orqanizminə vurduğu zərərlərdən və narkomaniya ilə mübarizədə görülən fəaliyyətdən bəhs edən İSİM-in nümayəndələri Səbinə Babazadə, Aysel Hacıyeva və Pərvin Quliyeva hər kəsi narkomaniya ilə mübarizədə birgə olmağa çağırıblar. Məruzəçilər həmçinin narkomaniyanın profilaktikası məqsədilə İSİM tərəfindən ali və orta məktəblərdə təqdimatların edildiyini, mədəni-kütləvi aksiya və təşviqat kampaniyalarının keçirildiyini, bununla da sağlam həyat tərzinin təbliğ edildiyini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR