Lerikdə yanğın olub

Lerikdə yanğın olub
# 10 avqust 2013 11:01 (UTC +04:00)

Lerik. Ağəddin Babayev – APA. Lerik rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Lerik Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə avqustun 10-da saat 9.00 radələrində şəhərin Camal Şahiyev küçəsi, 10 ünvanında 1983-cü il təvəllüdlü Kamran Kamil oğlu Mövlanova məxsus fərdi yaşayış evində qeydə alınıb. Yanğının lokallaşdırılması üçün hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın nəticəsində xəsarət alan olmasa da, ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin mətbəxi içindəki əşyalarla birlikdə 12 kv.m sahədə yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR