DBX Xaçmazda at və eşşək cəsədlərinin aşkarlanması ilə bağlı araşdırmanı davam etdirir

DBX Xaçmazda at və eşşək cəsədlərinin aşkarlanması ilə bağlı araşdırmanı davam etdirir
# 15 yanvar 2014 10:11 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Y.Xanvəli bildirib ki, Xaçmaz Rayon Baytarlıq İdarəsinin rəhbərliyi və mütəxəssisləri həmin ərazidə olublar: “Aparılan laboratoriya analizlərinin nəticəsinə görə tapılan heyvan cəsədlərinin bəziləri yaxın bir neçə gün, bəziləri isə xeyli müddət əvvəl əraziyə atılıb. Belə qənaətə gəlinib ki, həmin heyvanların cəsədləri bu işlə məşğul olan hansısa qrup tərəfindən o əraziyə atılıb”.

Baytarlıq İdarəsi tərəfindən Xaçmaz rayon Polis Şöbəsinə müraciət edildiyini söyləyən DBX rəsmisi hazırda faktla bağlı araşdırmanın davam etdiyini bildirib: “Aparılan araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, ötən gün Xaçmaz rayonunun Qımıl kəndi ərazisində, avtomobil yolundan 250-300 metr aralıda meşə massivində təxminən 1000-dək at və eşşək cəsədi aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR