İctimai Palatanın Koordinasiya Şurasının iclası keçirilib

İctimai Palatanın Koordinasiya Şurasının iclası keçirilib
# 07 avqust 2013 16:30 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) iclası keçirilib.

Müsavat Partiyasından APA-ya verilən məlumata görə, iclasda ölkədə ictimai-siyasi vəziyyət, vacib proseslər, o cümlədən Milli Şurasının seçkilərə hazırlığı ilə bağlı məsələlər və problemlər diqqət mərkəzində olub.

Vətəndaşların mülkiyyət problemi, Müsavat Partiyası Gənclər Təşkilatının sədri, Divan üzvü Tural Abbaslı həbsi, REAL Hərəkatının fəal gənclərindən biri Asif Oruclunun inzibati cəzaya məruz qalması və digər məsələlər də müzakirə mövzusu olub.

İclasda İP-in fəaliyyətinin gücləndirilməsinə dair də fikir mübadiləsi aparılıb və tezliklə bu istiqamətdə müəyyən addımların atılacağı qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR