Azərbaycanda doğuş vaxtı daha bir ana ölümü baş verib - VİDEO

Azərbaycanda doğuş vaxtı daha bir ana ölümü baş verib - <span style="color: red;">VİDEO
# 23 aprel 2014 07:01 (UTC +04:00)

Ucar Rayon Mərkəzi Xəstəxanasından APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə gecə saatlarında baş verib. Zərdab rayon sakini, 1994-cü il təvəllüdlü Sayad Abdulrəhmanova aprelin 21-də doğuş üçün Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Doğuş qeysəriyyə əməliyyatı yolu ilə həyata keçirilib. Uşaq götürüləndən sonra ananın vəziyyəti pisləşib. Xəstəxanaya Bakıdan çağırılan həkimlər gəlsə də, ananı xilas etmək mümkün olmayıb, qadın gecə saatlarında dünyasını dəyişib.

Dünyaya gələn oğlan uşağının isə tam sağlam olduğu bildirilib. Bu, S. Abdulrəhmanovanın ilk doğuşu imiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR