Nazirlik: Azərbaycan bəzi kənd təsərrüfatı sahələrində əhalinin tələbatının tam yerli istehsal hesabına ödənilməsinə nail olub

Nazirlik: Azərbaycan bəzi kənd təsərrüfatı sahələrində əhalinin tələbatının tam yerli istehsal hesabına ödənilməsinə nail olub
# 22 iyul 2013 08:03 (UTC +04:00)

Onun sözlərinə görə, bu il kənd təsərrüfatı sahəsində mövcud vəziyyət ürəkaçandır: «Keçən il ölkədə 800 min tondan artıq meyvə, 2 mln. tondan artıq tərəvəz istehsal olunub. Bu da tələbatdan təxminən 1,8 dəfə çoxdur. İqlim şəraiti imkan verərsə, bu il də keçən ilki kimi məhsul istehsal edə biləcəyik».

Nazirlik sözçüsü bildirib ki, yazın ilkin girişində hava şəraiti çəyirdəkli meyvələrə qismən təsir edib. Hava şəraiti ümumilikdə çəyirdəkli meyvələrin ümumi istehsalına 10-15% təsir edib. Lakin Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin müşahidələri bu il də keçən ilki qədər məhsul istehsal olunacağını istisna etmirlər.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi qarşısına 2015-ci ilə kimi əhalinin ərzaq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi qoyub. Artıq bəzi sahələrdə bu məqsədə nail olunub.

«Taxıl istehsalında buna 80-85%-ə nail ola bilmişik, təxminən 15% taxıl isə idxal olunur. Hələlik ümumi orta məhsuldarlıq 1 hektara görə 28 sentneri keçməyib. Bizim proqnozlara görə, məhsuldarlığı 35 sentnerə çatdıra bilsək, əhalinin tələbatını daxili istehsal hesabına tam ödəyə biləcəyik. Bunun üçün yeni bilgi və fermerlərin yeni texnologiyalara yiyələnməsi lazımdır», - deyə M.Hacıyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR