Politoloq Arzu Nağıyev: “Prezident Türkiyənin dost və qardaş ölkə olduğunu dünyaya bir daha bəyan etdi”

Politoloq Arzu Nağıyev: “Prezident Türkiyənin dost və qardaş ölkə olduğunu dünyaya bir daha bəyan etdi”
# 26 aprel 2014 08:41 (UTC +04:00)

Bu fikirləri APA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, Ərdoğan hakimiyyətinin ermənilərə qarşı humanist addımına baxmayaraq, Ermənistan prezidenti Serj Sarkisyan yenə də öz mənfur və savadsız siyasətini ortaya qoyub.

Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunmuş sammitdə nitqini şərh edən Arzu Nağıyev bildirib ki, Avropa ölkələri qarşısında təkzibedilməz faktlarla çıxış edən Azərbaycan prezidenti bir daha Türkiyənin dost və qardaş ölkə olduğunu dünyaya bəyan etdi: "Azərbaycan prezidenti Dağlıq Qarabağın işğal faktı ilə bağlı BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının qətnamələrini və istər Ermənistanın, istərsə də dünya dövlətlərinin həmin qətnamələrə biganə münasibətini yada saldı. Ermənistanın bu qətnamələrə məhəl qoymamasını, beynəlxalq hüququn normalarına əsasən onlara aid olmayan ərazini işğal etməsini qeyd edən Azərbaycan prezidenti İlham Əliyev Serj Sərkisyanın haqsız çıxışının heç bir çərçivəyə sığmadığını bir daha bəyan etdi".

Arzu Nağıyev vurğulayıb ki, Ermənistanın beynəlxalq normalara zidd olaraq, digər dövlətin ərazi bütövlüyünü pozaraq, öz müqəddəratını təyin etmək və bunu dünya ictimaiyyətinə əks mövqedən çatdırmaq niyyəti Azərbaycan prezidenti İlham Əliyev tərəfindən kəskin tənqid edilib: "Dəfələrlə Ermənistan rəhbərliyinə "erməni soyqrımı" ilə bağlı arxivlərin açılması və birgə tədqiqi təklif edilsə də, erməni tərəfi hər zaman bunun əksinə çıxış edib. Maraqlıdır ki, Ermənistan beynəlxalq qanunlara zidd hərəkətlərinə baxmayaraq, dünya dövlətləri tərəfindən heç bir sanksiyaya məruz qalmayıb".

Politoloq bildirib ki, Azərbaycan xalqının dünya ictimaiyyətinə vermək istədiyi bu sualları Azərbaycan prezidenti bir daha dünya ictimaiyyətinə ünvanlayıb və bununla da beynəlxalq aləm qarşısında Ermənistanın istər Türkiyə, istər Azərbaycana qarşı, istərsə də dünyada qeyri-adekvat və qərəzli siyasətini sübuta yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR