Ağcabədidə “ASAN Səyyar Xidmət” əhaliyə xidmət göstərir

Ağcabədidə “ASAN Səyyar Xidmət” əhaliyə xidmət göstərir
# 19 avqust 2013 07:43 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda Sabirabad və Saatlı, Şamaxı şəhərində Şamaxı, Qobustan və Ağsu, Salyan rayonunda Salyan və Neftçala, İsmayıllı rayonunda İsmayıllı, Astara rayonunda Astara, Qəbələ rayonunda isə Qəbələ rayonunda Qəbələ, Kürdəmir rayonunda isə Kürdəmir rayonunun sakinlərinə “ASAN Səyyar Xidmət” göstərilib.

18 avqust - 2 sentyabr tarixində Ağcabədi və Ağdam rayonlarının ümumi sayı 300000-dən çox olan sakini “ASAN Səyyar Xidmət”dən Ağcabədi rayonunda yararlana biləcək. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə aşağıdakılar daxildir:

- Notariat fəaliyyəti

- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi

- Sürücülük vəsiqələrinin dəyişdirilməsi

- Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi

- Əmək pensiyalarının təyin edilməsi

- Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi

- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR