Həbsdə olan bloggerə hökm oxunub

 Həbsdə olan bloggerə hökm oxunub
# 13 noyabr 2013 15:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan bloqger Rəşad Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, R. Ramazanov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R. Ramazanov mayın 9-da həbs edilib. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaq və satmaq) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR