Nigeriyada terrorçular məktəbə hücum edərək 100-dən məktəbli qızı girov götürüblər

Nigeriyada terrorçular məktəbə hücum edərək 100-dən məktəbli qızı girov götürüblər
# 15 aprel 2014 21:25 (UTC +04:00)

Bakı-APA. Nigeriyanın şimalında “Boko Haram” radikal dini qruplaşmasının üzvləri məktəbə hücum edərək 100-dən məktəbli qızı girov götürüblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident ötən gün Borno ştatında baş verib. Məlumata görə, təhsil müəssisəsi Nigeriya hərbçiləri tərəfindən mühafizə olunmasına baxmayaraq, silahlılar məktəbin binasına daxil ola bilib və qızları girov götürərək naməlum istiqamətə aparıb.

Girov götürülənlərin dəqiq sayə məlum deyil. Bəzi KİV-lər məktəblilərin valideynlərinə istinadən 200-dək məktəblinin girov götürüldüyünü iddia edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR