Doqquz yaşlı amerikalı uşaq Qərb yarımkürəsinin ən hündür zirvəsini fəth edib

Doqquz yaşlı amerikalı uşaq Qərb yarımkürəsinin ən hündür zirvəsini fəth edib
# 28 dekabr 2013 14:41 (UTC +04:00)

Bakı - APA. Kaliforniyadan olan doqquz yaşlı Tayler Armstronq Qərb yarımkürəsinin ən yüksək zirvəsini fəth edib.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, T. Armstronq Akonkaqua dağını fəth edən ən gənc alpinistdir. Onu atası Kevin Armstronq və himalaylı bələdçi Lxavanq Dxondap müşayiət ediblər.

Standart qaydalar 14 yaşdan kiçik uşaqlara Akonkaquaya qalxmağı qadağan edir. Bu səbəbdən Argentina məhkəməsindən xüsusi razılıq orderi əldə alınıb.

Əvvəl Akonkaqua fəth edən ən gənc alpinist Kolorado ştatının sakini, 10 yaşlı Metyu Monits olub. Bu, 2008-ci ildə baş verib.

Akonkaqua dağının zirvəsi dəniz səviyyəsindən 6962 metr hündürlükdə yerləşir, Şimali və Cənubi Amerikaların, habelə qərb və cənub yarımkürələrinin ən hündür nöqtəsi sayılır.

Akonkaqua fəth etməyə başlayan alpinistlərin cəmi 30%-i yekunda onun zirvəsinə çata bilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR