Barak Obama Nümayəndələr Palatasının qanun layihəsinə veto qoyacaq

Barak Obama Nümayəndələr Palatasının qanun layihəsinə veto qoyacaq
# 09 oktyabr 2013 02:55 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama Nümayəndələr Palatasının ikipartiyalı komitəyə dair qəbul etdiyi qanun layihəsinə veto qoyacaq. APA-nın verdiyi xəbərə görə, bu barədə “Röyters”ə ABŞ prezidentinin administrasiyasındakı mənbə bildirib.

Qeyd olunan komitə büdcə defisitinin azaldılması və dövlət borcu limitinin araşdırılmasına dair tövsiyələr hazırlamalıdır.

Ağ Evdə hesab edirlər ki, qeyd olunan qanun layihəsi “problemlərin dərhal həlli üçün heç nə etmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR