«Azər-Türk Bank»ın aktivləri ötən il 11% artıb

«Azər-Türk Bank»ın aktivləri ötən il 11% artıb
# 31 yanvar 2014 10:42 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Azər-Türk Bank» ASC-nin aktivlərinin həcmi 2014-cü il yanvarın 1-nə 94,481 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 10,8% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 23,9% artaraq 67,863 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 29,402 mln. manat təşkil edib ki, bu da 2013-cü il yanvarın 1-nə nisbətən 36,1% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi ötən il 48,5% artaraq 4,948 mln. manata, məcmu kredit portfelində xüsusi çəkisi isə 1,2 faiz bəndi artaraq 7,2%-ə çatıb.

Bankın depozit portfeli hesabat ilində 41,6% artaraq 36,381 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 26,807 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 50,6% çoxdur.


Ötən il bankın məcmu kapitalı 16,1% artaraq 15,871 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,3% artaraq 13,447 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 18,8% azalaraq 23 797, o cümlədən fiziki şəxslərin sayı 19,7% artaraq 22 797, hüquqi şəxslərin sayı 4,0% artaraq 1 000 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2014-cü il yanvarın 1-nə 3 747-yə bərabər olub ki, bu da illik müqayisədə 32,1% çoxdur. O cümlədən, debet kartların sayı 33,3% artaraq 2 377, kredit kartların sayı 36,6% artaraq 1 370 təşkil edib.


Hazırda bankın ölkə üzrə 4 filialı, 7 bankomatı, 50 POS-terminalı fəaliyyət göstərir. Bankın 139 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR