Təhsil Nazirliyi iş yerlərinin dəyişdirilməsinə məsələsinə aydınlıq gətirib

Təhsil Nazirliyi iş yerlərinin dəyişdirilməsinə məsələsinə aydınlıq gətirib
# 10 sentyabr 2013 12:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi ailə vəziyyəti ilə bağlı kənd məktəbindən şəhər məktəbinə iş yerini necə dəyişməyin mümkün olması məsələsinə aydınlıq gətirib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bir rayon (şəhər) daxilində müəllimlərin yerdəyişməsi məsələsinə rayon (şəhər) təhsil şöbəsi (idarəsi) tərəfindən baxılır. Bir rayondan (şəhərdən) digər rayona (şəhərə) iş yerinin dəyişdirilməsi üçün isə ərizə ilə Təhsil Nazirliyinə müraciət edilməlidir. Təhsil Nazirliyi tərəfindən müraciətə baxılır və aparılan araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq cavab verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR