Dövlət Gömrük Komitəsinin sədri Salyanda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Salyanda vətəndaşları qəbul edəcək
# 17 iyun 2014 09:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Salyan şəhərində vətəndaşlarla görüşəcək.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq A.Əliyev iyunun 20-də saat 11:00-da Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (Təbriz Xəlilbəyli küçəsi 136) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Salyan, Neftçala, Biləsuvar, Cəlilabad rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR