Azərbaycanda ata və oğul göldə boğulub - VİDEO

Azərbaycanda ata və oğul göldə boğulub - <span style="color: red;">VİDEO
# 15 may 2014 13:47 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 15.00 radələrində rayonun Bəlləbur kəndi ərazisində qeydə alınıb.

Kənd sakinləri - 47 yaşlı Hacıəli Vəli oğlu Əliyev və onun 19 yaşlı oğlu Elməddin Hacıəli oğlu Əliyev göldə özlərinə məxsus qoyun-quzunu çimizdirərkən boğulublar.

Şahidlərin sözlərinə görə, əvvəl Elməddin suya batıb. Oğlunun köməyinə çatmaq istəyən ata da boğulub.

Hər iki şəxsin meyiti yerli sakinlərin köməkliyi ilə sudan çıxarılıb.

Meyitlər daxili və xarici müayinə məqsədilə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR